Bizim yanaşmamız, biznesiniz və onun üzləşdiyi risklər haqqında ətraflı anlayışın formalaşmasına əsaslanır. Tam ixtisaslı auditorlarımız müxtəlif ölçülü və fərqli sektorlarda olan bir çox müəssisələrə qanunla müəyyən edilmiş audit və daxili audit xidmətləri göstərir.
SİZİN ETİBARLI MALİYYƏ MƏSLƏHƏTÇİNİZ!
Bizim şirkət həm yerli və həm də beynəlxalq müştərilərin, özəl və ictimai əhəmiyyətli şirkətlərin maliyyə hesabatlarını Beynəlxalq Audit Standartlarına və Ümumi Qəbul Olunmuş Audit Standartlarına əsasən auditini aparmaq üçün yüksək səviyyədə ixtisaslaşmışdır. Bizim audit xidmətləri həmişə yerli qanunvericiliyə və beynəlxalq standartlara əsasən aparılır və sizin şirkət haqqında dəqiq informasiya mənbəyi hesab oluna bilər.
Bizim audit xidmətlərimiz aşağıdakılardan ibarətdir:
Maliyyə hesabatlarının auditi
Müəssisənin məcburi auditi
Konsolidə edilmiş maliyyə hesabatlarının məcburi auditi
Maliyyə hesabatlarının məcburi auditi
Fondların və qeyri-kommersiya təşkilatların məcburi auditi
MHBS-a uyğun olaraq maliyyə hesabatlarının dəyişdirilməsi və konsolidasiyası